Cem Adrianın Bakı konserti 2 saat sonraya təxirə salınıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 15 oktyabr tarixində xəbər verir.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı ön şüşənin çatlaması səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.
Geri dönüş edən təyyarədə türkiyəli müğənni Cem Adrianın komandası da olub.
Müğənninin konserti bu gün saat 22:00-da olacaq.