Bakıda “Solğun sevgilər” tamaşasının təqdimatı olub. Bu haqda BakuPlus.az APA-ya istinadən 1 mart tarixində xəbər verir.
Təqdimat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının əməkdaşlığı çərçivəsində baş tutub.
Tədbirdə hökümət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tamaşanın yaradıcı heyətinin əksəriyyəti əlilliyi olan şəxslərdir. Yeniyetmə, uşaq və gənclərin rol aldığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından başlayaraq ƏSA Teatrı tərəfindən “Göy quş” tamaşası, “Nəsimi ili”nə bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları hazırlanaraq uğurla təqdim olunub.
[URIS id=35243]