Bakıda ilk dəfə olaraq Latın Amerikası musiqisinin dünyada əsas ulduzlarından biri Rikki Martinin konserti keçiriləcək. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az məlumat verir.
Konsert Xəzərin sahilində, “Sea Breeze”də avqusutun 2-də baş tutacaq.
Təşkilatçılar qeyd edirlər ki, o, 43 nəfərlik komandası ilə Azərbaycana səfər edəcək. Biletləri iyunun 28-i saat 16:00-dan etibarən iTicket.az saytından, eləcə də şəhərin kassalarından əldə etmək olar.
View this post on Instagram