top
Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalanıb
15 mart 2022, 08:20
- +

Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalanıb

Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar verib:


  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin;

  • Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Əslən Şuşadan olan Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olub. Əsas yaradıcılıq dövrü Bakıya köçəndən və konservatoriyaya qəbul ediləndən sonra başlayıb.

Konservatoriyanı bitirərkən o, diplom işi olaraq ilk birpərdəli "Ulduz" operasını yazmışdır. 1953-cü ildə Fikrət Əmirov məşhur "Sevil" operasını yazıb. "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operasıdır. Fikrət Əmirovun balet janrında yazdığı ilk əsər "Şur" baletidir. Daha sonra Əmirov “Nəsimi dastanı”, “Xəzəri fəth edənlər”, “Min bir gecə”, və “Nizami” baletlərini yazıb.

Bəstəkar 1984-cü il fevralın 20-də, 62 yaşında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 16:38

Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü

Xəbər
Bu gün, 16:13

Nəriman Həsənzadədən sonra neçə "Xalq şairi" və "Xalq yazıçısı" sağ qalıb?

Xəbər
Bu gün, 15:48

Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb

Xəbər
Bu gün, 15:11

Təhsil tələbə kreditlərinə müraciət başladı

Xəbər
Bu gün, 14:25

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edildi

Xəbər
Bu gün, 14:07

Sabah Bakıda 36 dərəcə isti olacaq

Aktual Xəbərlər
Bu gün, 12:12

Prezident "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Xəbər
Bu gün, 12:02

Məşhur xanəndənin ürəyində 4 damar dəyişdirildi

Xəbər
Bu gün, 11:33

Bakıda futbol meydançasında meyit tapıldı

Xəbər
Bu gün, 10:48

Bakıda 19 yaşlı oğlan evində ölü tapıldı

Xəbər
Bu gün, 10:30

Qəzada ölən xanımın tələbə qızı 3 il əvvəl dəm qazından boğulmuşdu

Xəbər
Bu gün, 10:12

Ötən həftə 7 nəfərin meyiti tapıldı - VİDEO

Xəbər
Bu gün, 09:44

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Xəbər
Bu gün, 09:27

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər

Xəbər
Dünən, 21:00

4-10 avqust tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:00

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - ARAŞDIRMA

Xəbər
Dünən, 11:00

Bu il ölkəyə nə qədər botoks gətirilib? - RƏSMİ

Xəbər
Dünən, 11:00

Əfsanəvi aktyorun doğum günüdür

Xəbər
01 avqust 2026, 17:43

Gizlicə ikinci telefon işlədən qadının başına görün nə gəldi

Xəbər
01 avqust 2026, 17:00

Elşad Xosenin ölüm xəbəri yayıldı - Açıqlama

Xəbər
01 avqust 2026, 16:05

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
01 avqust 2026, 15:02

Xalq artisti Arif Babayevin ölümündən 1 il keçir...

Xəbər
01 avqust 2026, 14:57

İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
01 avqust 2026, 12:08

"9 ildir ki, Bakıda, ata evimdə yaşayıram" - Sevil Əliyeva

Xəbər
01 avqust 2026, 11:28

Bakıda qadın öldürüldü - Oğlu şübhəli bilinir

Xəbər
01 avqust 2026, 11:01

Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən qərar

Xəbər
01 avqust 2026, 10:48

Bakıda restoranda mürəbbəyə görə qadınlar saçyolduya çıxdı

Xəzər
01 avqust 2026, 10:24

Velosiped zolağını parkinqə çevirdilər

Oxşar xəbərlər