“Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. Bu haqda 14 fevral tarixində AZƏRTAC məlumat verib.
Gənc Tamaşaçılar Teatrında fevralın 19-da Hüseyn Cavidin “Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Bu pyesdə iki millətin nümayəndələri, iki din və əqidə daşıyıcıları arasında baş verən hadisələr göstərilir. Tamaşada klassik üslubda geyimlər, dekorasiyalar, həm də gözəl musiqi dramaturgiyası diqqəti cəlb edir.