1 fevral tarixində Bakıdakı Rus Evində (RİMM) Gənclər Gününə həsr olunmuş konsert olacaq. Bu haqda BakuPlus RİMM-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Saat 19:00-da başlayacaq konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsi çərçivəsində həyata keçiriləcək ilk tədbir olacaq.
Beynəlxalq və respublika müsabiqələrinin laureatları olan gənc istedadların iştirakı ilə keçiriləcək tədbirə giriş sərbəstdir.
Musiqi nömrələrini Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edəcək.