Noyabrın 23-də Bakının Heydər Əliyev Sarayında gənc fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” fərdi fotosərgisi baş tutacaq.
Təbiət foto janrına üstünlük verən sənətkar təbiətin fərqli obrazlarının köməyi ilə müxtəlif mövzuları əhatə edir. Əsərlər fotosərgidə satışa çıxarılacaq.
Əldə edilən vəsait İkinci Qarabağ müharibəsində yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna köçürüləcək.
Sərgi saat 17:00-da başlayacaq.