5 mart tarixində Heydər Əliyev Sarayında Azərbaycan muğam sənətinin Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək. Bu haqda BakuPlus.az 7 fevral tarixində xəbər verir.
“Şuşa ili” çərçivəsində keçiriləcək gecədə bir çox ictimai xadim və incəsənət nümayəndələri iştirak edəcəklər.
Saat 19:00-da başlayacaq tədbirə biletin qiyməti seçəcəyiniz yerdən asılı olaraq 10-60 manat arasında dəyişir.
Biletləri sarayın kassasında və ya onlayn əldə edə bilərsiniz.