Bu gün, 20 dekabr tarixində saat 17:00-da Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev “Yeni İl” kitab sərgisini ziyarət edəcək və oxucularla görüş keçirəcək. Bu haqda Bakuplus.az məlumat verir.
Görüş bir saat ərzində Bakı İdman Sarayında baş tutacaq.
Əlaqə nömrəsi: +994 50 775 09 89
Kitab sərgisi dekabrın 15-də başlamışdır, və sabah 21 dekabr tarixində sona çatacaq. Sərgidə kitab mağazaları və bukinistlər öz mallarını 20%-dən – 90%-dək xüsusi endirimlərlə satır. Kitablarla yanaşı, ziyarətçilər stolüstü oyunlar, dəftərlər, əl işləri də ala bilərlər. Yarmarka sahəsində “Gastro bazar” yemək meydançası da nəzərdə tutulub.