Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi şərəfinə elan edilən heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyənləşiblər. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Müsabiqəyə Azərbaycan heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.
Yarışda birinci yeri Natiq Əliyev, ikinci yeri Nurəli Şahbazov, üçüncü yeri İlqar Ağaşov tutublar.
Heykəltaraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.