Yazıçı Çingiz Aytmatovun heykəlinin ucaldılacağı yer açıqlanıb. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Görkəmli qırğız yazıçısına həsr olunan abidə paytaxtın Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yerləşən parkda qurulacaq. Bununla bağlı artıq parkda hazırlıq işlərinə başlanılıb.
Daha öncə Çingiz Aytmatovun heykəlinin ucaldılması üçün 21 layihə təklif olunmuşdur.