Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fevral ayı üçün repertuarı açıqlanıb. Bu haqda 31 yanvar tarixində Teatrın rəsmi səhifəsində məlumat verilib.
Fevral ayı ərzində keçiriləcək tamaşaların siyahısı aşağıdakı kimidir:
- 4 fevral – “Ağ babanın nağılı”, “Çipollino”
- 5 fevral – “Yeddi nar çubuğu”, “Qoğal” (rus dilində)
- 6 fevral – “Turp”, “Maşa və ayı” (rus dilində)
- 11 fevral – “Pişiyin evi”, “Durna balığı (Rus dilində)
- 12 fevral – “Cırtdan”, “Üç cəsur” (rus dilində)
- 13 fevral - “Çipollino” (rus dilində), “Qırmızıpapaq”
- 18 fevral - “Piter penn”
- 19 fevral – “Göyçək fatma”, “Qoğal” (rus dilində)
- 20 fevral - “Maşa və ayı”
- 25 fevral - “Çipollino”
- 27 fevral – “Qoğal”
Bütün tamaşalar müvafiq olaraq saat 12:00, 14:00, 16:00 və 18:00-da başlayacaq.