Noyabrın 13-də Kukla Teatrında və Gənc Tamaşaçılar Teatrında rusdilli tamaşaçılar üçün uşaq tamaşası keçiriləcək. Bu haqda Bakı Şəhəri Mədəniyyət İdarəsi xəbər verib.
Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında tamaşa nümayiş olunacaq. Əsərin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur, bədii tərtibat Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Karlson” tamaşası səhnədə qoyulacaq. Tamaşanın rejissoru Yelene Mastxonaşvili, tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı isə Şalva Masxonaşvilidir.