Mədəniyyət Nazirliyində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Xidmətinin əməkdaşı Emin İbrahimova həvalə olunub.
Daha öncə sözügedən vəzifəni Könül Cəfərova icra edirdi.