Bakıda, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mayın 27-də məşhur isveçli pianoçu Martin Sturfelt çıxış edəcək. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.
İsveç musiqiçisi Azərbaycanın əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, İsveç bəstəkarları Vilhelm Stenhammar və Kurt Atterberqin əsərləri səsləndiriləcək.