Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi təşkil olunacaq. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək.
Sərgi qadınların cəmiyyətdəki roluna diqqət çəkmək, onların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq məqsədilə keçiriləcək.
Sərgidə 30-a yaxın rəssamın əsəri nümayiş olunacaq.
Ekspozisiya COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi karantin qaydalarına uyğun olaraq keçiriləcək.
Martın 7-də saat 18:00-da başlayacaq tədbirə giriş pulsuzdur.