Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayı üçün repertuarı açıqlanıb. Bu haqda 5 yanvar tarixində Teatrın rəsmi səhifəsində məlumat verilib.
Cari ay ərzində keçiriləcək tamaşaların siyahısı aşağıdakı kimidir:
- 7 Yanvar 19:00 – “Bir, iki, bizimki…” (K.Abdulla) kiçik səhnədə
- 8 Yanvar 19:00 – “Şah Qacar” (Ə.Əmirli)
- 9 Yanvar 19:00 – “Ah, bu uzun sevda yolu..” (Ə.Əmirli)
- 14 Yanvar 19:00– “Cəhənnəm sakinləri” (Elçin)
- 15 Yanvar 12:00 – “Anamın kitabı” (C.Məmmədquluzadə)
- 15 Yanvar 19:00 – “Qətibə İnanc” (M.S.Ordubadi)
- 16 Yanvar 19:00 – “Ölülər” (C.Məmmədquluzadə)
- 19 Yanvar 19:00 – “Qarabağnamə” (İ.Əfəndiyev)
- 21 Yanvar 19:00 – “Dəli yığıncağı” (C.Məmmədquluzadə)
- 22 Yanvar 12:00 – “Buratino” (A. Tolstoy)
- 22 Yanvar 19:00 – “Xanuma” (A. Saqareli)
- 23 Yanvar 19:00 – “Zorən şorgöz” (R. Kuni)
- 28 Yanvar 19:00 – “Ah, bu uzun sevda yolu..” (Ə.Əmirli)
- 29 Yanvar 12:00 – “Buratino” (A. Tolstoy)
- 29 Yanvar 19:00 – “Mənim günahım” (İ.Əfəndiyev)
- 30 Yanvar 12:00 – “Anamın kitabı” (C.Məmmədquluzadə)
- 30 Yanvar 19:00 – “Sinif yoldaşları” (Y.Polyakov)
Bütün tamaşalar saat 12:00 və 19:00-da başlayacaq.