Bakıda “Filumena Marturano” adlı yeni tamaşanın premyerası olub. Bu haqda APA 14 mart tarixində xəbər verib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında premyerası baş tutan tamaşa italyan dramaturq Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir.
Baş rolları Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.