Bakıda “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans keçiriləcək. Bu haqda BakuPlus.az Azətac-a istinadən bu gün, 13 may tarixində xəbər verir.
Oktyabrın 19-21-də keçiriləcək konfrans Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq.
Muzey sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar konfransda bir araya gələcəklər.
İştirak etmək istəyənlər konfransın mövzularına uyğun materialları mayın 31-dək info.carpetmuseum@gmail.com ünvanına göndərməlidirlər.