15 yanvar tarixində Milli Xalça Muzeyində “İnanclardan qaynaqlanan ornamentlər” adlı mühazirə keçiriləcək. Bu haqda 12 yanvar tarixində muzeyin mətbuat xidməti məlumat yayıb.
Saat 16:00-da baş tutacaq mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, muzeyin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalq inanc sistemindən söhbət açacaq.
O, həmçinin din və inancların naxış yaradıcılığına təsirindən ətraflı bəhs edəcək.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək mütləqdir.