2022-ci ilin ilk ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində maraqlı əsərlərin nümayişi gözlənilir. Bu haqda Azərtac 11 yanvar tarixində xəbər verib.
Yanvarın 12-də teatrın səhnəsində “Leyli və Məcnun”, 15-də “Traviata” operaları, 16-da isə “Romeo və Cülyetta” baleti nümayiş ediləcək.
19 yanvar “Sevil” operası, 22-də “Jizel” baleti, 23-də isə “Zoluşka” operası tamaşaçılara təqdim olunacaq.