Paytaxt musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə yüksək nəticə göstəriblər. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 17 mart tarixində xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində onlayn keçirilən "Astana Grand Festival" VIII Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla iştirak ediblər.
Violin sinfinin şagirdi İsmayıl Xəlilli (müəllim Mahirə Tabıyeva) və fortepiano sinfinin şagirdi Məlahət İbrahimli (müəllim Səadət Manafova) müsabiqənin Qran-Pri mükafatına, Nərmin Kərimli (müəllim Səadət Manafova) isə I yerə layiq görülüb.