Bakıda martın 2-dən 6-dək “Teatr baharı” festivalı keçiriləcək. Bu haqda Bakupost Xalq artisti Vidadi Həsənova istinadən bu gün, 23 fevral tarixində məlumat verib.
Festival Mədəniyyət Nazirliyi nəzdində İctimai Şuranın xətti ilə 2 məkanda - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Şah Mat Teatrında təşkil olunacaq.
“Teatr Baharı” festivalı Bakıdakı 17 müstəqil teatrın ilk tədbiridir.
“Festivalda panellər keçiriləcək, tamaşaların müzakirəsi aparılacaq, eyni zamanda müxtəlif insanlarla görüşlər olacaq. Bütün teatrsevərləri, gəncləri və tələbələri bu Festivalda görmək istəyirik”, - deyə Vidadi Həsənov bildirib.