Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı 59 yaşında vəfat edib. Bu haqda Report xəbər verib.
Əməkdar artistin dünyasını dəyişməsi barədə məlumatı həmkarları yayıb.
Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. O, 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.