Bakıda “Qış nağılı” filminin təqdimatı keçirilib. Bu haqda Oxu.az 30 dekabr tarixində xəbər verib.
“Cinemazadeh” studiyasının məhsulu olan filmin təqdimatında aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.
Filmdə yerli məşhurlarla yanaşı Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.
“Qış nağılı”nın ideya müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. İkinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur.
Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.