“NUR Art House” Bakıda sənətsevərlər üçün sərgi təşkil edəcək. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə keçirilən sərgidə rəngkarlıq, qrafika və heykəltaraşlıq işləri nümayiş olunacaq.
Öz əsərlərini tədbirdə görmək istəyənlər almemmedlisema24@gmail.com elektron ünvanına müraciət edə bilərlər. Təqdim olunacaq əsərlər orijinal olmalıdır. İşləmə texnikası və ölçü seçimi isə sərbəstdir.
Nümayiş 17-20 aprel tarixlərində baş tutacaq. Sərginin keçiriləcəyi ünvan: İçərişəhər, Qəsr küç. 27.