Bakıda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Mənim savaşım” adlı monotamaşa nümayiş olunacaq. Bu haqda BakuPlus.az Azərtac-a istinadən 19 fevral tarixində xəbər verir.
Fevralın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq tamaşa Xalq artisti Aleksandra Nikuşinanın eyniadlı əsərinə əsaslanaraq hazırlanıb.
Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinə həsr olunan tamaşa Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə təqdim ediləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.