“Salaam Cinema Baku”da “Üç bacı” adlı film nümayiş olunacaq. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az təşkilata istinadən xəbər verir.
1980-ci ildə Reyhan, Nurhan və Həvva adlı bacılar yaşadıqlar kənddən qəsəbəyə “besleme”yə (övladlığa və qulluqçuluğa götürmə) göndərilirlər. Ancaq ögey anaları tərəfindən bəyənilməyən qızlar daha yaxşı həyat şanslarını itirərək kəndlərinə geri qayıdıb, yaşamağa çalışırlar.