“Salaam Cinema Baku”da “Qadın olduğum gün” adlı bədii film nümayiş olunacaq. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
İranlı rejissor Mərziyə Meşkini tərəfindən çəkilən filmdə hətta qadın kimi doğulmağın problemlər yaratdığı bir ölkədə qadınların vəziyyətindən, üç müxtəlif hekayədə öz arzularından imtina etməyə məcbur olan üç fərqli nəsil qadından bəhs edir.
Nümayiş 13 mart saat 19:00 da keçiriləcək:
Vaxt: 74 dəq
İl: 2000
Altyazı: AZ/İNG
Yaş həddi: 6+
Treyler: https://vimeo.com/ondemand/thedayibecameawoman
Qiymət: 3 AZN. Biletləri “Salaam Cinema Baku”-nun girişindən almaq mümkündür. İçəri daxil olmaq üçün COVID-19 peyvənd pasportu tələb olunacaq.