Bakıda tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq. Bu haqda BakuPlus.az 15 fevral tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi dahi bəstəkarların əsərlərini ifa edəcəklər.
Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından və ya onlayn əldə edə bilərsiniz.
Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.