Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi keçirilib. Bu haqda Real Tv reportaj hazırlayıb.
Rəssam Natiq Camal Afşarın fərdi sərgisi Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə Xətai Sənət Mərkəzində baş tutub.
Sərgidə 20-yə yaxın yağlı boya ilə çəkilmiş əsərlər nümayiş olunub. Tədbirdə millət vəkilləri, mədəniyyət nümayəndələri və digər qonaqlar iştirak edib.
Çıxış edənlər Nizami Gəncəvinin bənzərsiz yaradıcılıqından, onun adı ilə bağlı bir çox layihələr barədə danışıblar. Bundan əlavə, şairin adına abidə qoyulması, kitabların nəşr olunması və film çəkilişləri xatırladılıb.
Natiq Camal Afşar Azərbaycanda ilk hərbi rəssamlıq studiyasının yaradıcısıdır.