Noyabrın 19-da Xətai Sənət Mərkəzində “Qəlbimin palitrası” adlı rəsm sərgisi açılacaq. Bu haqda Xətai Sənət Mərkəzinin Facebook səhifəsində məlumat verilib.
Noyabrın 19-da saat 16:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı keçiriləcək. Tədbirdə iştirak edənlər rəssamın yaradıcılığı ilə daha yaxından tanış ola biləcəklər, həmçinin müəllifin öz imzası olan kitabı əldə edəcəklər.
Sərgiyə qiriş sərbəstdir, lakin COVİD-19 pasportu tələb olunacaq.