Bakıda şəhid ailələrinin övladları və qayğıya ehtiyacı olan uşaqlar üçün kukla tamaşası keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 15 mart tarixində xəbər verir.
Xəzər Gənclər evi 18 mart, 20:00-da "Yeni günə açılan səhər" adlı layihə ilə şəhid ailələrinin övladları və qayğıya ehtiyacı olan uşaqlar üçün kukla tamaşası təşkil edəcək.
Tədbir Xəzər Gənclər Evinin təşəbbüsü, Azərbaycan Gənc Könüllülər Academiyası və AP HOUSE könüllü təşkilatının birgə təşgilatçılığı ilə baş tutacaq.
Azərbaycan Dövlət Kukla Teatrının yüksək dərəcəli aktyoru, fəxri mədəniyyət işçisi Rəhim Rəhimov və Cavanşir Məhərrəmovun iştirakında kukla teatr səhnəciyi olacaq.
İştirak etmək üçün qeydiyyat mütləqdir.
Tamaşa onlayn formatda Zoom platformasında baş tutacaq.