15 noyabr tarixində Xəzər Gənclər Evində “Şuşa, sən azadsan!” sənədli filmin nümayişi olunacaq. Bu haqda Xəzər Gənclər Evin instagram səhifəsində məlumat verilib.
“Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmin nümayişi saat 15:00-da Xəzər Gənclər Evində baş tutacaq.
Nümayişdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, nümayiş "Film saatı" layihəsi çərçivəsində keçirilir və hər həftə maraqlı filmlər nümayiş olunur.