Xalq rəssamı Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev müvafiq sərəncamı bu gün, 23 noyabr tarixində imzalayıb.
Fərhad Xəlilov Azərbaycan təsviri sənətinin inkişafı və populyarlaşdırılması sahəsində uzun illər səmərəli fəaliyyətinə görə təltif edilib.
Fərhad Xəlilov 1946 ildə Bakıda anadan olub. 1987 ildən o, Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsini tutur. Noyabrın 26-da Xəlilovun 75 yaşı tamam olacaq.