Bakıda Xətai Sənət Mərkəzində “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisinin birinci hissəsinin açılışı olub. Bu haqda bu gün, 12 mart tarixində Azərtac məlumat verib.
Açılışda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov müsabiqə və sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.
Rəsmi açılışdan sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi çərçivəsində müsabiqənin fəal iştirakçıları olan məktəb, lisey və dərnəklər təşəkkürnamə ilə təltif olunublar.
Müsabiqədən seçilmiş sənət əsərləri 4 gün ərzində növbəli şəkildə nümayiş ediləcək.
[URIS id=36634]