3 dekabr tarixində Bakıda “Melanxoliya” filmi nümayiş olunacaq. Nümayiş Yarat Film Klubunun təşkilatçılığı ilə ARTIM Layihə Məkanında saat 19:00-da baş tutacaq.
Rejissoru Lars fon Trier olan film dünyanın qaçılmaz sonu ilə üzləşən iki bacının münasibətindən bəhs edir.
Xronometrajı 135 dəqiqə olan ekran əsəri ingilis dilində Azərbaycan alt yazılarla göstəriləcək.
Nümayişə 18 yaşdan yuxarı və peyvənd sertifikatı olan şəxslər buraxılacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. +994 50 251 41 17 nömrəsiylə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.