Noyabrın 10-da YARAT Mərkəzində Raulya Turkkanın "Xoşbəxtliyin dəyəri" tamaşasının nümayişi keçiriləcək. Bu haqda yaratcontemporaryartspace xəbər verib.
Raulya Turkkan bu əsəri 2-ci Qarabağ müharibəsindəki zəfərə, döyüş meydanında vuruşan və arxa cəbhədə öz əzizlərinin yolunu gözləyənlərə həsr edib. Rejissor "Xoşbəxtliyin dəyəri" quruluşunda, müharibənin ağrı-acısını yaşayan qadının hekayəsinə, bütün maneələri dəf etməyi bacaran, ayrılıq və ölümdən hər zaman daha güclü olduğunu sübut edən sevgi mövzusuna toxunub.
10 noyabr saat 19:00-da baş tutacaq tamaşada rolları Yaroslav Trifonov, Milana Sokolenko, İnna İmranova, Nigar Rzayeva, Olqa Arsentiyeva, Aylin Turkkan oynayırlar. Tamaşanın nümayişində iştirak etmək üçün 0502469292 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.