Paytaxtın iki rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 10 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nizami rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli evin divarları 5 kv.m sahədə yanıb.
Nərimanov rayonunda isə transformatorun yağı, sarğıları və 20 p.m çıxış kabeli yanıb.
Hər iki hadisədə ətraf tikililərə ziyan dəyməyib. Yanğınlar FHN-nin əməkdaşları tərəfindən söndürülüb.