Paytaxtın Xətai və Nəsimi rayonlarında avtomobil qaçıran şəxslər tutulublar. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Göyçay rayon sakinləri Rəşad Abdullayev və Maarif Əzizov Xətai rayonunda “Hyundai”, Nəsimi rayonunda isə “VAZ-2103” markalı avtomobilləri oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.