Paytaxtın Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsi, 159 ünvanında avtomobillər piyada səkisində park olunurlar. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az xəbər verir.
Belə ki, küçə boyunca avtomobillərin yol kənarında park edilməsi və onsuz da dar küçədə hərəkətin çətinləşməsi bəs deyilmiş kimi, sürücülər nəqliyyat vasitələrini piyada səkisində də park ediblər. Həmçinin 159 saylı məktəbin qarşısından keçən piyada səkisində şagirdlərin də hərəkəti çətinləşir.
[URIS id=95170]
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/03/video-whatsapp-2023-03-27-v-13.07.14_1.mp4"][/video]