Dekabrın 6-da 258 nömrəli tam orta məktəbdə Əməkdar elm xadimi Fərrux Rüstəmovla görüş keçiriləcək. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az xəbər verir.
“Məktəbdə...” layihəsi çərçivəsində görüşün qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov olacaq.
Rüstəmov məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri və digər mövzulardan danışacaq.