Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Lent.az məlumat verib.
Qəsəbə ərazisində yerləşən TIR parkından Ukrayna vətəndaşı, 45 yaşlı Fedır Vasiloviç Maleta kəllə-beyin xəsarəti ilə Nərimanov rayonundakı xəstəxanalardan birinə gətirilib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Kişinin hansı şəraitdə ölümcül yaralandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.