11 noyabr tarixində Bakının Qaradağ və Sabunçu rayonlarında yanğın baş verib.
APA-ya istinadən Qaradağ rayonunda ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 30 kv.m olan talvarın taxta atmaları yanıb. Yanan evin yaxınlığında olan digər evdə yatan 5 nəfər də təxliyyə olunub.
Report-a istinadən Sabunçu rayonunda evin yanar konstruksiyaları və dam örtüyü, ümumi sahəsi 50 kv.m olan evin tavanı 20 kv.m sahədə yanıb. Bir dam örtüyünün altında tikilən evdə 3 ailə təxliyyə olunub.
Hər iki hadisə zamanı yaxınlıqdakı evlər yanğından mühafizə olunub.