Bakıda zəncirvari qəza baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Qaradağ rayonu, Lökbatan dairəsində 3 avtomobilin iştirakı ilə qəza baş verib. Xöşbəxtlikdən xəsarət alan olmayıb.
İlkin məlumata görə, qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəyib. Qəzaya “Mercedes” markalı avtomobilin səbəb olduğu ehtimal olunur.
Yolun qəza baş verən istiqamətində sıxlıq müşahidə olunur.
Faktla bağlı araşdırma aparılır.