Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Zəfər festivalı” keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Sabunçu rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək festivalda Milli Aviasiya Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model” mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər Universiteti iştirak edəcək.
Tədbir 6 may saat 11:00-da başlayacaq. Festivala giriş sərbəstdir.
[caption id="attachment_99247" align="alignnone" width="640"]
Foto Sabunçu rayon İcra Hakimiyyəti[/caption]