Bakıda keçmiş məhkumun evindən silah-sursat tapılıb. Bu haqda bu gün, 4 dekabr tarixində BakuPlus.az DİN-ə istinadən məlumat verir.
Nardaran qəsəbə sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həsən Rinyatovdan nömrəsi silinmiş “AK” markalı avtomat silah və 27 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.