Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıxanov qəsəbəsində avtomobil yolunu keçən 51 yaşlı İrza Nəsirovu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.