Bakının Sabunçu rayonunda körpənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 1 yaşlı A.Mirzəzadə xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.