Suraxanı rayonunda məktəbdə istiliyin verilməsində fasilə yaranıb. Bu haqda 5 fevral tarixində APA məlumat verib.
Bir neçə gün əvvəl Bakı şəhəri 104 nömrəli tam orta məktəbdə siniflərin birində istiliyin verilməsində müvəqqəti fasilə yaranıb.
“Ərazidə müxtəlif vaxtlarda istilik xətlərində qəza baş verdiyindən istiliyin verilməsində müxtəlif məhdudiyyətlər olur. Hazırda məktəb istiliklə normal qaydada təmin edilir. İstiliklə zəif təmin olunan sinfin şagirdləri məktəb rəhbərliyi tərəfindən digər sinif otağına köçürülüb”, - “Azəristiliktəchizat” ASC bildirib.